Koxalski uşaqlarla yaşanan qalmaqaldan DANIŞDI - “Video yaymaq asandır, amma...” + VİDEO

“Qarabağ”ın polşalı qapıçısı Mateuş Koxalski “Dinamo” (Kiyev) ilə oyundan sonra azarkeş uşaqlarla yaşanan xoşagəlməz hadisəyə aydınlıq gətirib.

Aug 15, 2026 - 13:13
Koxalski uşaqlarla yaşanan qalmaqaldan DANIŞDI - “Video yaymaq asandır, amma...” + VİDEO

SAVASHMEDIA.az xəbər verir ki, qapıçı sosial şəbəkələrdə yayılan görüntülərin hadisənin yalnız bir hissəsini əks etdirdiyini bildirib.

Koxalski qeyd edib ki, iki ildir “Qarabağ”da çıxış edir və indiyədək uşaqlara avtoqraf vermək və onlarla şəkil çəkdirmək üçün həmişə dayanıb:

“İki ildir ki, bu komandada oynayıram. Həmişə uşaqlara avtoqraf vermək və ya şəkil çəkdirmək üçün dayanıram. Dünən ilk dəfə idi ki, bunu etmədim. Çünki onlar heç bir hörmət göstərmədən var gücləri ilə maşınımı döyürdülər”.

Polşalı qapıçı yayılan videonun hadisənin əvvəlini göstərmədiyini vurğulayıb:

“Hadisənin əvvəlini əks etdirməyən videonu yaymaq asandır. İstədiyim tək şey hörmət və sadə nəzakətdir”.

Xatırladaq ki, “Dinamo” (Kiyev) matçından sonra Koxalskinin avtomobilinin qarşısında azarkeş uşaqlarla bağlı görüntülər yayılmışdı. Videoda qapıçının avtomobili saxlamadan uzaqlaşdığı görünürdü və bu, sosial şəbəkələrdə müzakirələrə səbəb olmuşdu.

Səlcuq

Посмотреть эту публикацию в Instagram

Публикация от Zulfuqar Savaş (@savashmedia.az)