UEFA FIFA-ya şərt qoydu, əks halda... - Dünya Çempionatı boykot olunacaq
UEFA və quruma üzv olan 55 milli assosiasiya FIFA-ya sərt xəbərdarlıq edib.
SAVASHMEDIA.az xəbər verir ki, UEFA FIFA-nın Dünya Çempionatı və digər turnirlərin kommersiya hüquqlarını özəl investorlara satmaq planına etiraz edib.
Yayılan birgə bəyanatda bildirilib ki, bu plan həyata keçiriləcəyi təqdirdə UEFA və ona üzv assosiasiyalar FIFA-nın təşkil etdiyi bütün turnirləri boykot edəcəklər.
UEFA Dünya Çempionatının kommersiya məqsədilə satıla biləcək məhsul olmadığını vurğulayaraq, FIFA-nı bu təşəbbüsdən imtina etməyə çağırıb.
Oğuz