Arvadının WhatsApp yazışmalarını oxumaq istəyən kişilərə XƏBƏRDARLIQ

"Həyat yoldaşının telefon yazışmalarını izləmək və ya WhatsApp mesajlarını əldə etmək vədi verən elanlara inanmayın".

Jul 30, 2026 - 21:54
Arvadının WhatsApp yazışmalarını oxumaq istəyən kişilərə XƏBƏRDARLIQ

SAVASHMEDIA.az xəbər verir ki, hüquqşünas Müşfiq Abbasov bu məsələ ilə bağlı vacib məqamlara aydınlıq gətirib.

O bildirib ki, son dövrlərdə ərinin və ya arvadının telefon yazışmalarını oxumaq istəyən insanların sayının artmasından istifadə edən dələduzlar müxtəlif elanlarla vətəndaşları aldadır.

Hüquqşünasın sözlərinə görə, WhatsApp yazışmalarını kənardan oxumaq və ya onların məzmununu əldə etmək mümkün deyil. Silinmiş mesajların bərpası isə yalnız həmin WhatsApp hesabının istifadə olunduğu mobil telefon mütəxəssisin əlində olduqda və müəyyən hallarda mümkündür.

Müşfiq Abbasov vurğulayıb ki, telefondakı mesajlara kənardan giriş üçün cihazla fiziki təmas mütləqdir. Bu səbəbdən uzaqdan telefon yazışmalarını oxumaq vədi verən şəxslərin iddiaları həqiqəti əks etdirmir.

Hüquqşünas vətəndaşlara bu cür elanlara inanmamağı, şəxsi məlumatlarını paylaşmamağı və dələduzların toruna düşməmək üçün ehtiyatlı olmağı tövsiyə edib.

Aytən