Tramp-Netanyahu görüşündə Türkiyəyə görə GƏRGİNLİK - O xəritə nədir?
ABŞ Prezidenti Donald Trampla İsrailin Baş naziri Benyamin Netanyahu arasında görüş olub.
SAVASHMEDİA.az xəbər verir ki, 90 dəqiqə davam edən görüş zamanı Türkiyə ilə bağlı məsələ də müzakirə edilib.
Məlumata görə, B.Netanyahu D.Trampa Ankaraya F-35 qırıcılarının mümkün satışı ilə bağlı İsrailin narahatlığını çatdırıb. O bildirib ki, bu təyyarələrin Türkiyəyə verilməsi Yaxın Şərqdə hərbi qüvvələr balansını dəyişdirə və İsrailin təhlükəsizliyi üçün əlavə risklər yarada bilər.
İsrailin Baş naziri həmçinin Türkiyənin son illərdə regionda artan fəallığını və Ankara ilə Yerusəlim arasında münasibətlərdə yaşanan gərginliyi xatırladıb. Netanyahu ABŞ-nin bu məsələdə ehtiyatlı mövqe tutmasının vacibliyini vurğulayıb.
Donald Tramp isə cavabında ABŞ-nin silah ixracı ilə bağlı qərarlarını müstəqil şəkildə qəbul etdiyini xatırladıb. O, Prezident Rəcəb Tayyib Ərdoğanla şəxsi münasibətlərinin yaxşı olduğunu bildirib və Türkiyəyə F-35 qırıcılarının satışını qəti şəkildə istisna etməyib.
Netanyahu görüş zamanı Trampa Suriyanın xəritəsini də təqdim edib. O, Türkiyənin Suriyada və ümumilikdə regionda artan təsirinin İsrail üçün strateji narahatlıq doğurduğunu bildirərək, bu məsələnin Vaşinqtonun regional siyasətində nəzərə alınmasının vacibliyini qeyd edib.
Banu