Qavi İspaniya kralının kürəkəni olmaqdan imtina etdi

“Barselona”nın və ispan milli komandasının ulduzu Qavi şahzadənin eşq təklifini rədd edib.

Apr 17, 2025 - 01:22
Qavi İspaniya kralının kürəkəni olmaqdan imtina etdi

SAVASHMEDİA.az xəbər verir ki,  ölkə mətbuatı ötən il İspaniya kralı VI Filipin qızı Leonorla Qavinin eşq yaşadığını iddia edib. 

Buna səbəb İspaniyanın 2024-cü ildə Avropa kubokunu qazanmasından sonra kralın qələbə şərəfinə verdiyi dəvətdə Leonorla Qavinin çox səmimi şəkildə salamlaşması və şahzadənin ona heyranlıqla baxması olub.

İddialara görə həmin gündən sonra komanda yoldaşları Qaviyə “Balaca şahzadə” ləqəbini qoyublar.

Kral VI Filip də “Barcelona” heyəti ilə görüşdə qızının Qavinin pərəstişkarı olduğunu deyib, hətta Qavidən qızı üçün forma imzalamasını istəyib.

İspaniya mediasının yazdığına görə, Qavi “Bütün diqqətimi karyerama yönəltmək istəyirəm” deyərək şahzadə ilə münasibətdən imtina edib.

Xatırladaq ki, 20 yaşlı Leonor VI Filipin böyük qızıdır və Burbonlar sülaləsinə mənsubdur.

Banu