“Real Madrid” və “Bavariya” büdrədi - Gecənin oyunları

Futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 1/4 final mərhələsinin təkrar oyunlarına yekun vurulub.

Apr 17, 2025 - 01:10
“Real Madrid” və “Bavariya” büdrədi - Gecənin oyunları

SAVASHMEDİA.az xəbər verir ki, son oyun günündə 2 qarşılaşma baş tutub.

Gecənin maraqla gözlənən oyunlarından birində İspaniyada “Real Madrid” yerli azarkeşləri önündə “Arsenal”ı qəbul edib. İngiltərədə böyük hesabla uduzan “Kral klubu” təkrar qarşılaşmada möcüzə yarada bilməyib. İlk matçda böyük üstünlük qazanan “Arsenal” ÇL-in ən titullu klubunu mübarizədən kənarlaşdırıb.

Digər matçda “İnter” İtaliyada “Bavariya” ilə qarşılaşıb. Milanlılar ilk matçda səfərdə qələbə qazanaraq, yarımfinala bir addım yaxınlaşmışdı. Təkrar oyunda Münhün klubu son saniyələrə qədər mübarizə aparasa da, meydan sahibləri çətiniklə turu keçib.

Yada salaq ki, daha öncə “Barselona” və PSJ yarımfinala vəsiqə qazanıb.

Çempionlar Liqası

1/4 final, təkrar oyunlar

16 aprel

23:00 “İnter” (İtaliya) – “Bavariya” (Almaniya) – 2:2

İlk oyun: 2:1

23:00 “Real Madrid” (İspaniya) - “Arsenal” (İngiltərə) – 1:2

İlk oyun: 0:3