“Qalatasaray”a keçdiyinə görə oğlunun adını sildi - FOTOLAR
Türkiyənin “Trabzonspor” futbol klubunun kapitanı, qapıçısı Uğurcan Çakır “Qalatasaray”a transfer olunub.
SAVASHMEDİA.az xəbər verir ki, bu xəbər “Trabzonspor” tərəfdarlarını yasa boğub. Kimisi əsəbindən və təəssüfündən ağlayıb, kimisi klub rəhbərliyini, kimisi isə futbolçunu tənqid və təhqir edib. Azarkeşlərdən birinin hərəkəti isə Türkiyədə gündəm olub.
Belə ki, Mehmet adlı azarkeş futbolçunun şərəfinə Uğurcan Ege adlandırdığı oğlunun adının dəyişdirilməsi üçün məhkəməyə müraciət edib.
O bildirib ki, oğlunun adı artıq yalnız Ege olacaq:
“Biz Uğurcan Çakırı hədsiz dərəcədə çox sevdik, amma o bizi yarı yolda qoydu. Sabah ilk işim adını şəxsiyyət vəsiqəsindən sildirmək olacaq. Artıq oğlumun adı Egedir. Xarakterinlə yaşa, oğlum Ege!”
Qeyd edək ki, “Qalatasaray” 29 yaşlı qolkiper üçün “Trabzonspor”a 36 milyon avro ödəyəcək.