"Vicdanım rahatdır, Portuqaliyanın məndən əvvəl heç nəyi yox idi" - Ronaldo + VİDEO

Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo Dünya Çempionatının 1/8 finalında İspaniyaya 0:1 hesabı ilə uduzduqları oyundan sonra maraqlı açıqlamalar verib.

Jul 7, 2026 - 13:41
Jul 7, 2026 - 13:55
"Vicdanım rahatdır, Portuqaliyanın məndən əvvəl heç nəyi yox idi" - Ronaldo + VİDEO

SAVASHMEDİA.az xəbər verir ki, forvard həyatın davam etdiyini bildirib:

"Mən Portuqaliya üçün üç titul qazanmışam. Məndən əvvəl millinin heç bir titulu yox idi. 2016-cı ildə qazandığımız Avropa çempionluğu mənim üçün Dünya Çempionatı ilə eyni əhəmiyyətə malikdir. Mənim vicdanım rahatdır. Çünki var gücümlə oynadım, əlimdən gələni etdim. Həyat davam edir".

Ronaldo həmçinin baş məşqçi Roberto Martinesi də müdafiə edib: "Roberto Martines əla məşqçidir. O, həm peşəkar, həm də çox yaxşı insandır. Bu məğlubiyyətə görə bütün məsuliyyəti onun üzərinə qoymaq düzgün olmaz".

Oğuz

Посмотреть эту публикацию в Instagram

Публикация от Zulfuqar Savaş (@savashmedia.az)