Qurbanov Elvin Cəfərquliyevi özü ilə Avstriyaya apardı - Barışdılar? + VİDEO

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov komandanın Avstriyanın Tirol bölgəsində start götürən yay təlim-məşq toplanışına Elvin Cəfərquliyevi də aparıb.

Jun 22, 2026 - 12:36
Jun 22, 2026 - 14:39
Qurbanov Elvin Cəfərquliyevi özü ilə Avstriyaya apardı - Barışdılar? + VİDEO

SAVASHMEDİA.az xəbər verir ki, bu, son aylarda futbolçunun gələcəyi ilə bağlı yayılan iddialar fonunda maraqla qarşılanıb.

Xatırladaq ki, Elvin Cəfərquliyev mövsümün sonlarında intizam məsələlərinə görə baş məşqçi Qurban Qurbanovun qərarı ilə əsas komandadan uzaqlaşdırılaraq əvəzedici heyətə göndərilmişdi.

Daha sonra onun transferə çıxarıldığı və yayda klubdan ayrılmasının mümkün olduğu barədə xəbərlər yayılmışdı.

Buna baxmayaraq, milli komandanın üzvünün Avstriya toplanışına aparılması futbolçunun taleyi ilə bağlı yekun qərarın hələ verilmədiyini göstərir. Elvinin “Qarabağ”da qalacağı, yoxsa karyerasını başqa klubda davam etdirəcəyi qarşıdakı həftələrdə dəqiqləşəcək.

Oğuz

Посмотреть эту публикацию в Instagram

Публикация от Zulfuqar Savaş (@savashmedia.az)