"Ciddi nəsə baş verib, çünki Qurban Qurbanov..." - Rəşad Sadıqov Elvindən DANIŞDI
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyevin Qurban Qurbanov tərəfindən əvəzedici heyətə göndərilməsindən danışıb.
SAVASHMEDİA.az xəbər verir ki, o, baş verənləri məyusedici hal adlandırıb:
"Nə baş verdiyini dəqiq bilmirəm, çünki klub bu barədə rəsmi açıqlama verməyib. Lakin bircə onu bilirəm ki, əgər Qurban Qurbanov yerli futbolçuya qarşı belə sərt addım atıbsa, deməli, bunun ciddi əsası var. Elvinin son müsahibələrində intizamsız davranışları barədə etiraflarını da görmüşəm. Ehtimal edirəm ki, komanda daxilində ciddi hadisə baş verib və Qurban müəllim də müvafiq qərarı verib. Bununla yanaşı, Elvin Azərbaycan futbolunun aparıcı oyunçularından biridir və ümid edirəm ki, tezliklə hər şey öz yoluna düşəcək".
Baş məşqçi intizam problemi yaşayan futbolçunu gələcəkdə "Zirə"də görmək istəyib-istəməməsi ilə bağlı sualı qısa cavablandırıb:
"İstənilən məşqçi Elvin Cəfərquliyev kimi yüksək potensiallı futbolçunu öz komandasında görmək istəyər".
Oğuz