"Qarabağ" azarkeşlərin bu şüarına görə 17500 avro cəzalandırılıdı - “UEFA - mafiya”
UEFA “Qarabağ” klubunu cəzalandırıb.
SAVASHMEDİA.az xəbər verir ki, qərar Çempionlar Liqasının Liqa mərhələsinin 7-ci turunda Bakıda Almaniyanın “Ayntraxt” klubuna qarşı keçirilən (3:2) oyunda səsləndirilən şüarlara görə qəbul edilib.
UEFA-nın İntizam Komitəsi tərəfindən qəbul edilən qərara əsasən, Ağdam təmsilçisi “idman tədbirinə uyğun olmayan mesajın ötürülməsi” və “ümumilikdə futbolun və xüsusilə UEFA-nın nüfuzuna zərər vurulması” səbəbilə 17 500 avro məbləğində cərimə olunub.
Qərarda söhbətin konkret nədən getdiyi açıqlanmayıb.
İddialara görə isə cəzaya səbəb azarkeşlərin “UEFA - mafiya” şüarı səsləndirməsi olub.
Bundan əlavə, təşkilatın məlumatına görə, klub bilet nəzarəti qaydalarını da pozub.
Aytən