Model Çelsi Baxşıyeva ilə adı hallanan FHN məmuru vəzifədən azad edildi – Nazirdən ƏMR
Model, bloger Çelsi Baxşıyevanı videoları ilə təhdid etdiyi deyilən Fövqəladə Hallar Nazirliyində Ərizələrin və şikayətlərin qəbulu şöbəsinin müdiri Anar Pirməmmədovun vəzifəsindən azad edildiyi bildirilir.
SAVASHMEDİA.az Pravda.az-a istinadən xəbər verir ki, fövqəladə hallar naziri Kəmaləddin Heydərov ötən gün A.Pirməmmədovun vəzifəsindən azad edilməsi ilə bağlı əmr imzalayıb.
Fotoda: Anar Pirməmmədov
Bildirək ki, Çelsi Baxşıyeva mediaya açıqlamasında sevgilisi Anar Pirməmmədovun ailəli, iki uşaq atası olduğunu əvvəldən bilmədiyini, sonradan Pirməmmədov tərəfindən intim videoları ilə təhdid edildiyini deyib.
O həmçinin bildirib ki, A.Pirməmmədovun atası Həsrət Pirməmmədov Yasamal Rayon Prokurorluğunda baş ədliyyə müşaviri olun, əmisi İlham Pirməmmədov da keçmiş təhsil nazirinin müşaviri olub. Həsrət Pirməmmədovun adının rüşvət işlərində hallandığı, işdən uzaqlaşdırıldığı barədə məlumatlar var. Qayınanası Mehriban Səmədova İqtisad Universitetinin Gənclik korpusunda kafedra müdiridir. Mehriban Səmədovanın bacısı isə Bakı Dövlət Universitetinin Cinayət hüququ və kriminalogiya kafedrasının müdiri, hüquq üzrə elmlər doktoru, professor Şəhla Səmədovadır.
Bloger həmçinin iddia edib ki, Həsrət Pirməmmədovun Ramiz Mehdiyevin yaxın adamlarından olduğu, hətta karantin dövründə qızına təşkil etdiyi toyda iştirak etdiyi barədə onda məlumat var. Anar Pirməmmədov nazirin birinci müavini Rəfael Mirzəyevin yaxın qohumudur, məsələ ictimailəşsə, işdən çıxarılacaq.
Ç.Baxşıyeva bildirib ki, A.Pirməmmədov xidməti avtomobillə onun ardınca gəlib, həmçinin əlində səsyazıları mövcuddur.