Sorğu nəticələri açıqlandı, Putinin reytinqi kəskin düşüb - "Günahkar odur"

Bütün Rusiyanı bürüyən yanacaq böhranı Prezident Vladimir Putinin reytinqinə ciddi şəkildə mənfi təsir göstərib.

Jul 3, 2026 - 15:07
Sorğu nəticələri açıqlandı, Putinin reytinqi kəskin düşüb - "Günahkar odur"

SAVASHMEDİA.az xəbər verir ki, Kremlin maliyyəsi ilə fəaliyyət göstərən Ümumrusiya İctimai Rəy Araşdırmaları Mərkəzinin məlumatına görə, Putini dəstəkləyənlərin sayı 3,5 faiz azalaraq 66,9 faizə düşüb. 

Bu, 2018-ci ildə pensiya yaşının artırılması qərarından sonra qeydə alınan ən kəskin geriləmə hesab olunur.

Sorğunun nəticələrinə əsasən, ruslar yaranmış vəziyyətə görə əsas günahkar kimi Putini görürlər. 

Xatırladaq ki, yanacaq böhranı iqtisadi vəziyyətin pisləşməsi fonunda baş verir. Sorğular göstərir ki, rusların 56 faizi həyat səviyyəsinin aşağı düşdüyünü bildirir, 60 faizi isə ölkə iqtisadiyyatının daha da pisləşəcəyini düşünür. 

Aytən