Türkiyə millisi matç zamanı İspaniyada qarət olundu – Saat, üzüklər...

Futbol üzrə Türkiyə milli komandası İspaniyada qarət edilib.

Nov 20, 2025 - 01:08
Türkiyə millisi matç zamanı İspaniyada qarət olundu – Saat, üzüklər...

SAVASHMEDİA.az xəbər verir ki, hadisə Türkiyə-İspaniya matçının getdiyi zaman baş verib.

Belə ki, Türkiyə millisinin paltardəyişmə otağından dəyəri 200 min avro olan saat və dəyəri 60 min avro olan iki üzük oğurlanıb. İspaniya polisi hadisə ilə bağlı bir nəfəri həbs edib. Oğurlanan əşyalar tapılıb və sahiblərinə qaytarılıb.

Hazırda isə polis oğurluğun necə baş verdiyini və arxasında kimin dayandığını müəyyən etmək üçün araşdırmalarını davam etdirir.

Qeyd edək ki, futbol üzrə Türkiyə milli komandası 2026-cı il FİFA Dünya Çempionatının Avropa Təsnifat mərhələsinin E qrupunun son oyununda lider İspaniyanın qonağı olub. Matç 2-2 hesabı ilə başa çatıb.

Banu