Millimiz Fransaya 0:8 hesabı ilə məğlub oldu

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirib.

Oct 8, 2025 - 19:59
Millimiz Fransaya 0:8 hesabı ilə məğlub oldu

SAVASHMEDİA.az xəbər verir ki, yığmamız Fransanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Kapbreton şəhərində yerləşən "Bourret" stadionunda baş tutan qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb – 8:0.

Aqil Nəbiyevin rəhbərlik etdiyi milli oktyabrın 11-də İsrail, 14-də isə Rumıniya yığmaları ilə qarşılaşacaq. Seçmə mərhələnin bütün oyunları Fransada keçirilir.