Mahir Emreli Lixtenşteynlə oyuna görə ÜZR İSTƏDİ - "Bizim ayıbımızdır"

Azərbaycan millisinin futbolçusu Mahir Emreli UEFA Millətlər Liqasının qrup mərhələsində Lixtenşteynlə 0:0 hesablı heç-heçə etdikləri oyundan sonra açıqlama verib.

Oct 2, 2026 - 20:25
Mahir Emreli Lixtenşteynlə oyuna görə ÜZR İSTƏDİ - "Bizim ayıbımızdır"

SAVASHMEDİA.az xəbər verir ki, hücumçu komandanın matç boyunca üstün oynadığını, lakin qol imkanlarından yararlana bilmədiyini bildirib.

“Dominantlıq edirdik, oyunun əvvəlindən sonuna qədər topa sahib olurduq, durmadan hücumlar edirdik. Amma son nöqtəni qoymaq üçün ustalıq çatmadı. Hər halda sonda nəticə yadda qalır. İllər keçəcək, bu oyun bizim ayıbımız kimi yadda qalacaq. Ona görə azarkeşlərimizdən, həmvətənlərimizdən üzr istəyirəm”, - Emreli deyib.

O, komandanın psixoloji baxımdan toparlanmasının vacibliyini vurğulayıb. Futbolçu üç gün sonra Litva ilə keçiriləcək oyunda qələbə qazanaraq azarkeşlərin və komandanın inamını bərpa etmək istədiklərini bildirib.

Aytən