"Sən Azərbaycandan narahat olma, Ukraynadan danış" - Tramp Putinə başqa nə deyib?

ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinə Ermənistan və Azərbaycanla bağlı “narahat olmamağı” tövsiyə edib. 

Nov 20, 2025 - 00:42
"Sən Azərbaycandan narahat olma, Ukraynadan danış" - Tramp Putinə başqa nə deyib?

SAVASHMEDİA.az-ın xəbərinə görə, ABŞ prezidenti Rusiyalı həmkarınma Ukrayna ilə müharibəyə son qoymağı məsləhət görüb.

"Azərbaycanla Ermənistanın müharibəsi... Bu, illərdir davam edirdi. Putin mənə zəng edib dedi ki, sizin bu münaqişəni həll edə bildiyinizə inana bilmirəm, biz bunu çoxdan həll etməyə çalışırdıq. Mən dedim ki, bu barədə narahat olmayın, bu məsələdə mənim heç bir köməyə ehtiyacım yoxdur. Mənim sizin müharibənizlə (Ukrayna müharibəsi nəzərdə tutulur -red) bağlı köməyə ehtiyacım var”, - Tramp Putinlə telefon danışıqlarından birini xatırlayarkən deyib.

Oğuz