"Moskva danışıqlara hazırdır" - Peskov

Moskva Rusiya-Ukrayna müharibəsinin həlli üçün danışıqlar prosesini davam etdirməyə hazırdır.

Nov 20, 2025 - 00:32
"Moskva danışıqlara hazırdır" - Peskov

SAVASHMEDİA.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Kremlin sözçüsü Rusiya tərəfinin danışıqların mümkünlüyü ilə bağlı açıq mövqe tutduğunu vurğulayıb: "Moskva danışıqları davam etdirməyə açıqdır", - Peskov bildirib.

Qərb mediası daha əvvəl ABŞ-ın Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün çərçivə sazişi hazırladığını yazmışdı. Mənbələrə görə, bu, Vaşinqtonun Kiyev və Avropaya təhlükəsizlik zəmanəti verməsi müqabilində Ukraynanın öz ərazilərindən imtina etməsi, xüsusən də Rusiyanın Krım və Donbas üzərindəki suverenliyini tanıması ilə nəticələnəcək.

Aytən İbrahimova