"Özünü xüsusi hiss etmə, Ronaldo səndən yaxşıdır" - Və Messinin Belinqemə CAVABI
Argentina-İngiltərə matçında Lionel Messi ilə Cud Bellinqem arasında dialoq gerçəkləşib.
SAVASHMEDİA.az xəbər verir ki, iddialara görə, müxbir oyundan sonra C.Bellinqemdən Messiyə nə dediyini soruşub.
“Önəmli bir şey deyildi. Ona yüksək vəzifəli rəsmilərin köməyi ilə bura qədər gəldiyini və bunu bütün dünyanın bildiyini dedim. Ona bildirdim ki, özünü xüsusi hiss etməsin. Dedim ki, Ronaldo ondan çox yaxşıdır. Uzaqlaşmadan öncə ona dediyim son sözlər bunlar idi” – Bellingem bildirib.
İddialara görə, L.Messi isə C.Bellingemə “oynayaq, sonda görərik” cavabını verib.
Xatırladaq ki, matç Argentinanın 2:1 hesablı qələbəsi ilə bitib. Hesabı Entoni Qordonun qolu ilə İngiltərə açıb. Argentinada Enso Fernandes hesabı bərabərləşdirib. Lautaro Martines 90+2-ci dəqiqədə komandasını önə keçirərək Argentinanı finala çıxarıb. Argentinanın hər iki qolu Messinin ötürməsindən sonra vurulub.
Banu