Karate-Do Federasiyasının prezidenti niyə ölüb? - BİLİNDİ 

Azərbaycan Karate-Do Federasiyasının prezidenti Arif Məmmədov qəfil vəfat edib.

Aug 6, 2025 - 13:36
Karate-Do Federasiyasının prezidenti niyə ölüb? - BİLİNDİ 

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə federasiyadan məlumat verilib.

Azərbaycan Karate-Do Federasiyasının prezidenti Arif Məmmədovun ölüm səbəbi müəyyənləşib. Məlumata görə, Arif Məmmədov hər iki ağ ciyərinin zədələnməsi (Pnevmaniya) səbəbindən dünyasını dəyişib.

Azərbaycan Karate-do Federasiyasının prezidenti, dünya və Avropa çempionu Arif Məmmədov iyul ayının əvvəlində rəhbərlik etdiyi komanda ilə Gürcüstanın Batumi şəhərində keçirilən "Batumi Open" beynəlxalq karate turnirinə yollanıb. İyul ayının 8-də qaldığı oteldə komaya düşüb və xəstəxanaya yerləşdirilib. 4 gün əvvəl Gürcüstandan Türkiyənin Trabzon şəhərindəki xəstəxanalardan birinə aparılıb və qardaş ölkədə dünyasını dəyişib.