Qusarda turistlərin arağını oğurlayan ayı ilə bağlı AÇIQLAMA - "Heyvanın spirtli içki içməsi..." + VİDEO

Qusar rayonunda baş verdiyi iddia olunan hadisə sosial şəbəkələrdə böyük maraq doğurub. 

Jul 16, 2026 - 16:39
Qusarda turistlərin arağını oğurlayan ayı ilə bağlı AÇIQLAMA - "Heyvanın spirtli içki içməsi..." + VİDEO

SAVASHMEDİA.az xatırladır ki, iddialara görə, vəhşi ayı turistlərin açıq ərazidə nəzarətsiz qoyduğu spirtli içkini içib. 

Yayılan videodan spirtli içki qəbul etmiş heyvanın qeyri-adi davranışlar sərgilədiyi görünür.

Bununla bağlı turizm eksperti Rəhman Quliyev Ekologiya.az-a açıqlamasında bildirib ki, hadisə ilk baxışda maraqlı görünsə də, əslində ciddi ekoloji problem və turizm mədəniyyəti baxımından narahatedici hal kimi qiymətləndirilməlidir:

“Vəhşi heyvanların insan qidasına və ya spirtli içkilərə çıxış əldə etməsi onların təbii davranışına mənfi təsir göstərir. Bu həm heyvanların, həm də insanların təhlükəsizliyi üçün risklər yaradır. Təbiətə hörmət yalnız onu seyr etməklə deyil, həm də onu qorumaq məsuliyyətini daşımaqla ölçülür. Buna görə də turistlər arasında ekoloji maarifləndirmə gücləndirilməli, qorunan ərazilərdə davranış qaydalarına nəzarət artırılmalı, tullantıların, o cümlədən spirtli içkilərin açıq mühitdə saxlanılmasının qarşısı alınmalıdır”.

Посмотреть эту публикацию в Instagram

Публикация от QUSAR FOTO & VIDEO•KYCAP (@qusar_foto_video)