Çex məmurun corabı rusları qəzəbləndirdi - Üzərində nə təsvir olunub? + FOTO

Çexiya hökumətinin Ukraynanın yenidən qurulması üzrə müvəkkili Tomaş Kopeçnının geyindiyi corab Rusiyada hiddət doğurub.

May 8, 2025 - 16:25
Çex məmurun corabı rusları qəzəbləndirdi - Üzərində nə təsvir olunub? + FOTO

SAVASHMEDİA.az TN.cz portalına istinadən xəbər verir ki, ukraynalıların istehsal etdikləri həmin corabda yanğın içində olan Kreml təsvir edilib.
  
Ukrayna prezidenti Volodimir Zelenski ötən həftə Praqaya səfər edib. Maraqlısı odur ki, çex məmuru bu corabı məhz Zelenski ilə Praqada keçirilən görüş üçün  geyinib. 

“Rusiyalılar artıq dördüncü ildir Ukrayna şəhərlərini raketlərlə bombalayır və günahsız insanları qətlə yetirirlər. Bu, onlara mane olmur. Amma eyni şey onların şəhərlərində baş versəydi, necə görünəcəyini rəmzi şəkildə əks etdirən Ukrayna corabları onları qəzəbləndirir. İstərdim ki, onlar özlərinin hissiyyat oyatdıqları şəhərlərə də eyni münasibəti göstərərdilər”, - deyə çüxiyalı məmur Rusiya KİV-lərinin tənqidlərinə cavab verib. 

Xatirə SADİQ