“Binbir gece”nin məşhur aktrisası: “Atamdır deyə sevməyə məcbur deyiləm” - FOTO
Türkiyənin tanınmış aktrisası Yonca Şahinbaş “Yeşilçam”ın ustad aktyorlarından olan atası Mahmut Cevhərlə münasibətlərindən danışıb.
SAVASHMEDİA.az xəbər verir ki, aktrisa atasının soyadından istifadə etməsini yasaqladığını bildirib:
“Asla vazgeçmem” serialının çəkilişlərində idim. Anam zəng edərək atamın onun soyadından istifadə etməyimi istəmədiyini bildirdi. Problem deyil deyib, prodüserə zəng etdim, titrdə soyadımı Şahinbaş olaraq yazdırdım. İnstagram profilimdə də soyadımı Cevherdən Şahinbaşa dəyişdim. Onsuz da Cevher soyadını atama jest olsun deyə istifadə edirdim. Sırf ata və ya anamızdır deyə sevməyə məcbur deyilik. Əvvəllər belə hiss etmədiyim üçün narahat idim. Sanki bir şey tərs gedirdi”.
Psixoloji dəstək aldığını bildirən aktrisa “atanızla aranızdakı tellər nə vaxtdan qırılıb?” sualına isə belə cavab verib:
“Psixoloqum qarşılıqlı sağlam münasibətimiz yoxdursa, sevməyə məcbur olmadığımızı deyir. Atamla heç vaxt güclü bir bağımız olmayıb, ona görə də tellərin nə vaxt tam qırıldığından da danışmaq mənasızdır. Uşaqlığımdan atamla bağlı xatirələrim var, amma heç şirin deyillər. Özü ilə 9-10 ildir üz-üzə görüşməmişik. Sosial mediada qarşıma çıxırsa, görürəm. Anamla atam bir neçə il öncə boşanıblar”.
Qeyd edək ki, Yonca Şahinbaş reyting rekordları qıran “Binbir gece” serialında “Füsun” obrazını canlandırıb. “Asmalı konak”, “Avrupa yakası”, “Dila hanım”, “Yeni gelin”, Asla vazgeçmem” kimi məşhur seriallarda rol alıb. Mahmut Cevher isə son olaraq “Uzak şehir” serialında “Mahmut ağa” obrazını canlandırıb.
Banu