"Ferentsvaroş" o təxribatına görə "Qarabağ"dan ÜZR İSTƏDİ

Macarıstanın "Ferentsvaroş" klubu UEFA Çempionlar Liqasının pley-off mərhələsində qarşılaşacağı Azərbaycan çempionu "Qarabağ"a qarşı təxribatçı əməlinə görə üzr istəyib.

Aug 15, 2025 - 16:42
"Ferentsvaroş" o təxribatına görə "Qarabağ"dan ÜZR İSTƏDİ

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat katibi Anar Hacıyev məlumat verib.

Onun sözlərinə görə, səhv dərhal aradan qaldırılıb: "Bu, onların səhvidir. Özlərinə bildirdik və dərhal dəyişdilər. Eyni zamanda baş vermiş halla əlaqədar bizdən rəhbərlik səviyyəsində üzr istədilər".

Xatırladaq ki, Budapeşt təmsilçisinin rəsmi saytında "Qarabağ" Ermənistan çempionu kimi təqdim olunmuş və bu ölkəmizdə etirazlara səbəb olmuşdu.

Yağmur