Zelenski Putini qabaqlamaq istəyir - Trampla görüşəcək

Ukrayna lideri Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putindən əvvəl Ağ Ev rəhbəri Donald Trampla görüşməyi planlaşdırır.

Feb 22, 2025 - 00:12
Zelenski Putini qabaqlamaq istəyir - Trampla görüşəcək

Bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, görüşün səbəbi nadir torpaq elementləri üzrə sövdələşmə üçün sənədlərin imzalanması ola bilər. Agentliyin mənbəsi qeyd edib ki, Zelenski sazişin imzalanması ilə bağlı tədbirin onun və Trampın iştirakı ilə baş tutacağına ümid edir.

Həmçinin qeyd edilir ki, saziş Kiyevə nəinki münaqişənin sona çatması kimi təhlükəsizlik zəmanətləri almağa, həm də Vaşinqtonla son vaxtlar yaranmış çatların aradan qaldırılmasına kömək edə bilər. (teleqraf)