"Atama deyəndə ki, prezident istefa verib, inanmadı..." - Zaxarova həmin gecəni xatırladı
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova 1999-cu il dekabrın 31-də Rusiya Prezidenti Boris Yeltsinin istefa verməsindən danışıb.
SAVASHMEDİA.az-ın məlumatına görə, televiziya ilə xalqa Yeni il müraciətində istefa verdiyini elan edən Yeltin səlahiyyətlərini o zaman baş nazir postunu tutan Vladimir Putinə dövr etmişdi.
Həmin vaxt Yeltsinin həmin çıxışını izləməyən Rusiya vətəndaşları onun istefasına inanmayıblar.
Zaxarova həmin gecə atasına zəng etdiyini xatırlayır: "Ona Yeltsinin istefa verdiyini deyəndə cavabı qısa oldu: "Özün yaxşısan? Heç nə danışdığının fərqindəsən?" Xəbərə atam da inanmamışdı"
Bu söhbətdən sonra Mariya Zaxarovanın atası Rusiyanın Çindəki səfiri vəzifəsində çalışmış dostu İqor Roqaçevə zəng edib və o da buna inanmayıb.
Diplomat gecə saatlarında mikroavtobusda evə gedən zaman sərnişinlərdən bəziləri baş verənlərə inanmadığından insanların bir-biri ilə mübahisə etdiyini eşidib.
Zaxarova qeyd edib ki, o vaxt insanlar xəbərləri öyrənmək üçün smartfonlarından rəsmi sayta daxil ola bilmirdilər və xəbərin televiziyada yayımlanmasını gözləməli olublar.
Oğuz