Bundestaq Olaf Şoltsa etimadsızlıq göstərdi
Almaniya parlamenti koalisiya hökumətinin dağılmasından sonra federal kansler Olaf Şoltsa etimadsızlıq göstərib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Azadlıq radiosu” məlumat yayıb.
733 deputatdan yalnız 207-si – Şoltsun məxsus olduğu Sosial Demokrat Partiyasının (SPD) nümayəndələri kanslerə etimadsızlığın əleyhinə səs verib. 394 deputat etimadsızlığın lehinə səs verib, 116 deputat bitərəf qalıb. Bundestaqın etimadını qaazanmaq üçün kanslerə 367 səs toplamaq tələb olunurdu.
Səsvermədən öncə Şolts deputatlar qarşısında çıxış edib. Siyasətin oyun olmadığını vurğulayan kansler SPD və “Yaşıllar”ın da daxil olduğu koalisiyanın dağılmasında Azad Demokrat Partiyasını (FDP) günahlandırıb. O, Almaniyanın müdafiəsinə miqtaslı sərmayələr yatırmağa çağırıb və ölkəsinin Ukraynanın Avropadakı ən güclü dəstəkçisi olaraq qalacağına söz verib. Eyni zamanda, kansler heç vaxt bu müharibəyə alman əsgərlərini göndərməyəcəyini və münaqişəni şişirtməyəcəyini söyləyib.
Büdcənin maliyyələşdirilməsi ilə bağlı fikir ayrılıqlarına görə noyabr ayında maliyyə naziri və FDP lideri Kristian Lindneri işdən çıxdıqdan sonra Şolts özü etimad səsverməsi tələb edib.
İndi Almaniya prezidenti Frank-Valter Ştaynmayer parlamenti buraxmalıdır. Bunun üçün onun 21 günü var, Tezliklə qərarın veriləcəyi və fevralın 23-də növbədənkənar seçkilərin keçiriləcəyi gözlənilir.
Xatirə SADİQ