İranda qızlar məktəbinin vurulmasının ANBAAN VİDEOSU - ÖLƏNLƏRİN FOTOSU
İranda qızlar məktəbinə hücum nəticəsində həlak olduğu bildirilən 119 uşağın fotosu və zərbə anının videosu yayılıb.
SAVASHMEDİA.az xəbər verir ki, yayılmış video oğlanlar məktəbinin içindəki və həyətindəki təhlükəsizlik kameralarından götürülüb.
Həmin görüntülərin raketin qızlar məktəbinə düşmə anına aid olduğu bildirilib.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı birgə hərbi əməliyyata başlayıb. Əməliyyatın ilk günündə Xamenei və ailə üzvləri ilə yanaşı İranın yüksəkvəzifəli şəxsləri həlak olub. İran həmin gün vurulan obyektlərdən birinin qızlar məktəbi olduğunu bildirib.
Banu