SEPAH Azərbaycanı hədələdi - "Onları ölkədən çıxarın, yoxsa..."

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) həddini yaşaraq yenidən Azərbaycanı hədələyib.

Mar 8, 2026 - 00:53
Mar 8, 2026 - 02:08
SEPAH Azərbaycanı hədələdi - "Onları ölkədən çıxarın, yoxsa..."

SAVASHMEDİA.az “Azad İran” teleqram kanalına istinadən xəbər verir ki, məlumat İran Dövlət Televiziyasının teleqram kanalında yerləşdirilib.

Məlumata əsasən, “Xatəmül-Ənbiya” qərargahının sözçüsü deyib:

“İran İslam Respublikasının Silahlı Qüvvələri bölgədəki amerikalı və sionist təcavüzkarlarla genişmiqyaslı döyüşlərdə iştirak etməsinə baxmayaraq, dost, qonşu və müsəlman ölkələrinin milli təhlükəsizliyinə və mənafelərinə heç bir zərər gəlməməsinə çalışıb.

İranın qonşusu olan Azərbaycan Respublikasına bir müsəlman ölkəsi olaraq bəyan edirik ki, bölgədə qeyri-sabitliyin genişlənməsinin qarşısını almaq üçün sionistləri ölkədən çıxarsınlar və öz xalqının, eləcə də İranın təhlükəsizliyini təhlükəyə atmasınlar”, - açıqlamada deyilir.