Yataq otağına bitişik bunker olub, Maduro ora qaçırmış, arvadı isə... - Onlar necə yaralanıb?

Venesuela prezidenti Nikolas Maduro və həyat yoldaşı Cilia Floresin hansı şəraitdə yaralanması ilə bağlı araşdırmalar davam edir.

Jan 7, 2026 - 11:55
Yataq otağına bitişik bunker olub, Maduro ora qaçırmış, arvadı isə... - Onlar necə yaralanıb?

SAVASHMEDİA.az xəbər verir ki, ABŞ hökuməti hələlik məsələ ilə bağlı ətraflı məlumat verməsə də, bəzi detallara aydınlıq gəlib.

Son məlumata görə, ABŞ hökuməti Konqres üzvləri üçün keçirdiyi qapalı brifinqdə bu məsələ ilə bağlı bəzi açıqlamalar verib. Bildirilib ki, Maduro və həyat yoldaşı onları ələ keçirməyə çalışan ABŞ qüvvələrindən qaçmağa çalışarkən başlarına dəyən zərbələr nəticəsində yaralanıblar. 

Venesuela mətbuatı da mövzunu diqqətdə saxlayır. Onların versiyasına görə, ABŞ xüsusi təyinatlıları prezident və xanımının yataq otağına daxil olduqdan sonra tərəflər arasında uzun çəkməyən əlbəyaxa qarşıdurma yaşanıb. Belə ki, Maduro və xanımı yataq otağından girişi olan bunkerə daxil olmağa çalışıblar, bu zaman ABŞ hərbçiləri onların başına zərbələr endirib.

İddiaya görə, prezident və xanımı həmin bunkerə daxil ola bilsəydi, ABŞ hərbçilərinin onları yaxalamaq ehtimalı sıfıra enmiş olardı. Çünki həmin bunkerin poladdan hazırlanmış xüsusi zirehli qapısını açmaq və ya sındırmaq asan məsələ deyildi. Bu səbəbdən də ABŞ hərbçiləri həmin qapıya can atan Maduronu və xanımını fiziki güc tətbiq etməklə zərərsizləşdiriblər. 

Oğuz