Stomatoloqlar TƏBİB-in qarşısında etiraz aksiyası keçirdi

Azərbaycanın müxtəlif rayonlarında fəaliyyət göstərən stomatoloqlar TƏBİB-in qarşısında etiraz aksiyası keçirirlər.

Jan 7, 2026 - 12:18
Stomatoloqlar TƏBİB-in qarşısında etiraz aksiyası keçirdi

SAVASHMEDİA.az xəbər verir ki, təxminən yüzə yaxın stomatoloq kənd və rayonlardan gələrək etiraz üçün yığışıblar.

Aksiya keçirən stomatoloqlar qeyri-qanuni olaraq ixtisara düşdüklərini iddia edirlər.

İddialara görə, 150-200 minlik əhalisi olan rayonların xəstəxanaların hər birində cəmi 3 stomatoloq ştatda saxlanılıb.

Aksiyaya yığışanlar bildirirlər ki, rayonlarda stomatoloqlara ehtiyac daha böyükdür.

Səlcuq