ÜST rəhbəri gecələr onu yuxudan oyadan qorxusundan DANIŞDI - Pandemiya qayıdır?
Yeni respirator virusun ortaya çıxması COVID-19 pandemiyası ilə müqayisə edilə biləcək nəticələrə səbəb ola bilər.
SAVASHMEDİA.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus BMT Baş Assambleyasının iclası çərçivəsində keçirilən mətbuat konfransında deyib.
"Gecələr məni yuxudan oyadan narahatlıqlardan biri yeni respirator patogenin ortaya çıxması ehtimalıdır. Bu öz növbəsində COVID-in yaratdığı nəticələrlə eyni nəticələrə səbəb ola bilər", - o bildirib.
Aytən