Özünü "kravat"dan yerə atıbmış - Qardaşı uşaqlarını baltalayan belə ölüb

1977-ci il təvəllüdlü Nağıyev Əli Hüseynbala oğlu Respublika Neyrocərrahiyyə Xəstəxanasında dünyasını dəyişib.

Feb 4, 2026 - 15:54
Özünü "kravat"dan yerə atıbmış - Qardaşı uşaqlarını baltalayan belə ölüb

SAVASHMEDİA.az xəbər verir ki, Cəlilabadda qardașı uşaqlarını baltalayan Əli Naǧıyev saxlanıldığı müəssisədə təkbaşına qaldığı kameradakı çarpayının 2-ci mərtəsindən bașı üstə özünü yerə atıb.

Bundan sonra Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilərək orada müalicə olunub.

Belə ki, göstərilən tibbi yardımlara baxmayaraq Naǧıyev Əli Hüseynbala oǧlu 03.02.2026-da müalicə olunduğu xəstəxanada ölüb. (trend)