Şəmsi Səmədzadə və oğlu axtarışa verildi - SƏBƏB

Tanınmış iş adamı Şəmsi Səmədzadə (Səmədoğlu) və oğlu barəsində Gürcüstanda axtarış elan edilib. 

Feb 4, 2026 - 16:55
Şəmsi Səmədzadə və oğlu axtarışa verildi - SƏBƏB

SAVASHMEDİA.az Demokrat.az-a istinadən xəbər verir ki, Şəmsi Səmədzadənin adı Gürcüstan ərazisində mal-qara oğurluğunda çəkilir. 

Xatırladaq ki, Şəmsi Səmədzadə müstəqilliyin ilk illərində Azərbaycanda tanınmış bir sahibkar olub. O, 2000-ci ildə, yəni 36 yaşında həbs edilərək, ömürlük cəzaya məhkum edilib. 

Şəmsi Səmədzadə Prezidentin əfv Sərəncamı ilə 2022-ci ildə azadlığa buraxılıb.

Məsələ ilə bağlı sayt Şəmsi Səmədzadə ilə əlaqə saxlamağa çalışsa da, telefonuna zəng çatmayıb.