Lavrovla Rubio arasında görüş planlaşdırılır - Vasili Nebenzya

BMT Baş Assambleyasının (GA) 80-ci sessiyası çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Marko Rubio arasında görüş planlaşdırılır.

Sep 19, 2025 - 15:51
Lavrovla Rubio arasında görüş planlaşdırılır - Vasili Nebenzya

SAVASHMEDİA.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib.

"Bu, Rusiya Xİn rəhbəri ilə ABŞ dövlət katibi arasında 2021-ci ildən bəri ilk görüşdür. Hələlik təfərrüatları açıqlaya bilmərəm, çünki onlar yoxdur. Aydındır ki, onlar həm ikitərəfli, həm də çoxtərəfli məsələlərin tam kompleksini müzakirə edəcəklər. Hələlik belə gündəm yoxdur, lakin belə görüş planlaşdırılır”, - deyə Nebenzya əlavə edib.

TASS qeyd edib ki, Lavrov sentyabrın 27-də BMT Baş Assambleyasının 80-ci sessiyasına qatılacaq Rusiya nümayəndə heyətinə başçılıq edəcək və auditoriya qarşısında çıxış edəcək. 

Xatirə SADİQ