Məşhur cütlük ayrıldıqlarını elan etdi
İtaliyanın məşhur aktrisası Monika Belluççi və amerikalı rejissor Tim Börton ayrılıblar.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə ANSA onların nümayəndələrinin bəyanatına istinadən məlumat yayıb.
“Böyük hörmət və qarşılıqlı rəğbətlə Monika Belluççi və Tim Börton ayrılmaq qərarına gəliblər”, - bəyanatda deyilir.
Cütlük son bir neçə ildir görüşürdülər və aktrisa 2023-cü ildə rejissorla münasibəti olduğunu təsdiqləmişdi. “Bu, həyatda nadir hallarda baş verən görüşlərdən biridir. Mən bu insanı tanıyıram, mən onu sevirəm”, deyə Belluççi qeyd etmişdi.
Börtonun və Beluççinin əvvəlki nikahlarından hərəsinin iki övladı var.
Xatirə SADİQ