Baş prokuror generalı işdən çıxardı - Yeni təyinat

Respublika Hərbi prokurorunun müavini ədliyyə general-mayoru Fuad Məmmədov vəzifəsindən azad edilib.

Sep 19, 2025 - 15:58
Sep 19, 2025 - 16:11
Baş prokuror generalı işdən çıxardı - Yeni təyinat

SAVASHMEDİA.az qafqazinfo-ya istinadla xəbər verir ki, bu barədə baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Əmrə əsasən F.Məmmədov sərəncama götürülüb.

Digər əmrlə Baş Prokurorluğun İstintaq İdarəsinin rəis müavini Qasım Məmmədov hərbi prokurorun yeni müavini təyin edilib.

Fuad Məmmədov və Qasım Məmmədov