"Tramp istəsə, ruslarla bizsiz danışa bilər, amma unutmasın ki..." - Zelenski
"Vladimir Putin bizimlə birbaşa danışıqlardan qorxur. Onun fikrincə, bu, onun itkisi və zəifliyidir".

SAVASHMEDİA.az-ın məlumatına görə, Ukrayna prezidenti Vladimir Zelenski bunu "Associated Press"-ə müsahibəsində deyib.
Zelenskinin sözlərinə görə, o, köhnə rəvayətləri təkrarlayır ki, bu, Qərblə Rusiya arasında müharibədir, çünki Ukraynaya uduzduğunu etiraf etməyə dözə bilmir:
"Putin Ukrayna ilə deyil, ABŞ və Donald Trampla danışmaq istədiyinə dair siqnallar göndərir. Lakin Ukrayna ilə bağlı Ukraynasız danışıqlar nəticə verməyəcək. Ukrayna əvvəlcə ABŞ ilə genişmiqyaslı müharibəyə son qoymaq üçün konkret addımları müzakirə etməlidir. Və bundan sonra Tramp istəsə, ruslarla danışa bilər".
Əks halda, Zelenski iddia edir ki, 2021-ci ildə Putinlə İsveçrədə görüşən Co Baydenlə bağlı vəziyyət təkrarlana bilər: “Onların nəyi və necə razılaşdıqlarını bilmirəm. Amma torpaqlarımız işğal altında qaldı və üstəlik, genişmiqyaslı müharibə başladı”.
Ukrayna prezidenti həmçinin qeyd edib ki, real təhlükəsizlik təminatlarına güclü Ukrayna ordusu, müdafiə sənayesinə investisiyalar və tərəfdaşların uzunmüddətli hərbi dəstəyi daxildir.
Oğuz