Çin maşınlarında kütləvi nasazlıq aşkarlandı - Sürət qutusu, pedallar və...

Çinin avtomobil markası olan  "Haval"ın mühərrik, sürət qutusu və qaz pedalı ilə bağlı problemləri var.

Feb 2, 2025 - 13:42
Çin maşınlarında kütləvi nasazlıq aşkarlandı - Sürət qutusu, pedallar və...

SAVASHMEDİA.az-ın məlumatına görə, Rusiyada sürətlə artan Çin avtomobillərindən kütləvi şikayətlər artmaqdadır. 

Sürücülər mühərrikin, transmissiyanın və qaz pedallarının düzgün işləməməsindən şikayətlənirlər. Onlar hesab edir ki, dilerlər mövcud nasazlıqlardan xəbərdar olsalar da, nöqsanları aradan qaldırmayıblar, indi isə problemin həlli üçün əlavə ödəniş tələb edirlər.

Sürücülər avtomobilin qaz pedalına basıldıqdan cəmi beş saniyə sonra sürət yığmağa başlaması ilə üzləşirlər. Bu səbəbdən də avtomobil sürət yığmaqda və yolda gözlənilməz davranış sərgiləməkdədir. Problemin xüsusilə 2024-cü ildə istehsal edilmiş avtomobillərdə rast gəlindiyi bildirilir.

Yağmur