Rusiyanın vəzifəli şəxsi Kurskda həlak oldu - Maşını minaya düşüb + FOTO

Ukraynanın Kursk vilayətinə hücumundan sonra müharibəyə gedən Rusiya Federasiyasının Primorsk diyarının vitse-qubernatoru Sergey Yefremov cəbhədə həlak olub.

Feb 2, 2025 - 12:49
Rusiyanın vəzifəli şəxsi Kurskda həlak oldu - Maşını minaya düşüb + FOTO

SAVASHMEDİA.az-ın xəbərinə görə, bu barədə bölgənin rəhbəri Oleq Kozhemyako məlumat yayıb.

52 yaşlı Sergey Efremov 2022-ci ilin yayında yaradılmış Tiger könüllü dəstəsinin komandiri olub.

Kozhemyakonun sözlərinə görə, Efremov döyüş tapşırığından qayıdarkən həlak olub. Hadisənin harada baş verdiyi məlum deyil.

Onunla birlikdə daha bir zabit də dünyasını dəyişib.

Oğuz

Sergey Efremov