Etirazçılar Tbilisinin qərb girişini bağlamağa çalışır - Zurabişvili "sonadək sizinləyəm" dedi
Bu gün Gürcüstanın payaxtı Tbilisidə aksiyalar davam edib.

SAVASHMEDİA.az-ın məlumatına görə, "Tbilisi Mall"ın qarşısından başlayan etiraz yürüşü izdihama çevrilib.
Əraziyə çox sayda hüquq-mühafizə orqanı əməkdaşları cəlb olunub.
"Sonadək" adlandırılan aksiyanın iştirakçıları təkrar parlament seçkilərinin keçirilməsini və etiraz aksiyalarında saxlanılanların azad edilməsini tələb edirlər.
Aksiya iştirakçıları Tbilisiyə Qərb istiqamətindən girişi bağlamağı planlaşdırırlar. Polis sözügedən hərəkətin qanuni olmadığını və müvafiq tədbir görüləcəyini bəyan edib.
Qeyd edək ki, aksiya iştirakçıları daha sonra saat 20:00-da parlament binası önünə toplaşacaqlar.
Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili isə bu gün Potidə gənclər, fəallar və qeyri-hökumət sektorunun nümayəndələri ilə görüşüb.
Salome Zurabişvili etirazları bütün ölkə miqyasında təşkil etməyin vacibliyini vurğulayıb.
"Etirazın ölkə üzrə yayılması və Gürcüstanın bütün regionlarının buna cəlb olunması vacibdir, bu çox təqdirəlayiqdir. Çünki bilirik ki, şəhər nə qədər kiçik olsa, fəallıq da bir o qədər çətin olur. "Mən sizin tərəfinizdəyəm, sona qədər sizinlə olacağam" , - o, qeyd edib.
Oğuz