Azərbaycanda səhiyyə naziri işdən çıxarıldı - YENİ TƏYİNAT

Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Samiq Sadıxov vəzifəsindən azad olunub.

Dec 1, 2025 - 15:08
Azərbaycanda səhiyyə naziri işdən çıxarıldı - YENİ TƏYİNAT

SAVASHMEDİA.az xəbər verir ki, bununla bağlı qərar Ali Məclisinin növbəti sessiyasında qəbul edilib.

Belə ki, bu gün Naxçıvan Ali Məclisinin növbəti sessiyasında Samiq Sadıxovun tutduğu vəzifədən azad edilməsi haqqında qərar layihəsi səsə qoyularaq qəbul olunub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun imzaladığı sərəncama əsasən, Rəşadət Nabatov Naxçıvanın səhiyyə nazirinin müavini təyin edilib. O, yeni nazir təyin olunana qədər səhiyyə nazirinin səlahiyyətlərinin müvəqqəti icrası edəcək.

Qeyd edək ki, Samir Sadıxov bu vəzifəyə ötən ilin mayında təyin olunmuşdu. O, daha öncə “Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxsin direktoru vəzifəsinə çalışırdı.