Azərbaycanda zəlzələ oldu

Xəzər dənizində zəlzələ baş verib.

May 20, 2026 - 21:31
Azərbaycanda zəlzələ oldu

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla saat 20:45-də 3,5 maqnitudalı zəlzələ qeydə alınıb.

Zəlzələnin ocağı 32 kilometr dərinlikdə yerləşib.