“Kontakt Home”a etibar edib heç bir məhsul almayın - Müştərinin başına açılan oyun
““Kontakt Home” mağazalar şəbəkəsi müştərilərə keyfiyyətsiz məhsul satır”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu İlhamə Kaleva Əlizadə adlı müştəri bildirib.
Müştəri şikayətində qeyd edib ki, ötən ilin sonunda ““Kontakt Home” mağazalar şəbəkəsindən “İphone” markalı telefon, əlavə ödəniş edərək adapter başlığı və USB kabel alıb. Lakin 3-4 ay sonra USB kabel xarab olub. O əvvəlcə ““Kontakt Home”a, sonra mağazanın texniki servisinə müraciət edib. Lakin hər dəfə eyni cavabı alıb:
“Dekabrın 31-də mağazadan “Iphone 17Pro” mobil telefonu aldım. Əlavə ödəniş edərək adapter başlığı və USB də götürdüm. Bir aya yaxındır ki, USB xarab olub. Xarab olan kimi ““Kontakt Home”a müraciət etdim. Məni servisə yönləndirdilər. Servis isə heç bir yoxlanış etmədən USB-ni qəbul edə bilməyəcəyini dedi. Daha sonra yenidən ““Kontakt Home”a müraciət etdim. Dedilər ki, aksesuar olduğu üçün biz bunu götürə bilmərik”.
İlhamə Kaleva Əlizadə ““Kontakt Home”a sual da ünvanlayıb:
“Hər ay bu adapter başlığı və USB üçün ödəniş çıxırsınız. Bəs niyə problemi boynunuzdan atırsınız? Bu da sizin məhsul deyil?”.
Müştəri bu qənaətə gəlib ki, “Apple” nüfuzlu şirkətdir və onun istehsal etdiyi məhsul 3-4 ay ərzində xarab ola bilməz. ““Kontakt Home” mağazalar şəbəkəsi keyfiyyətsiz məhsulları brend adı altında müştərilərə “sırıyır”.
“Dünyanın nüfuzlu brendlərindən olan “Apple” şirkətinin məhsulunun bu qədər tez müddətə xarab olması mümkün deyil. Deməli, siz mənə keyfiyyətsiz məhsul satmısınız. ““Kontakt Home” müştərinin heç bir şikayətinə baxmır. ““Kontakt Home”a etibar edib heç bir məhsul almayın. Məni bu xarab məhsula görə hər ay ödəniş etməyə məcbur qoyublar. Mənim istehlakçı kimi hüququmu pozublar və təmin etməyiblər”.
Xatırladaq ki, “Kontakt Home” mağazalar şəbəkəsinin deputat Elnur Allahverdiyevə məxsus olduğu deyilir.
Banu