Ramil Usubov kürəkəninin dəfninə niyə qatılmayıb? - SƏBƏB BU İMİŞ

Sabiq daxili işlər naziri, Təhlükəsizlik Şurasının katibi general-polkovnik Ramil Usubovun dünən vəfat edən kürəkəni Kamran Xankişiyev bu gün torpağa tapşırılıb.

Oct 6, 2026 - 22:38
Oct 6, 2026 - 23:22
Ramil Usubov kürəkəninin dəfninə niyə qatılmayıb? - SƏBƏB BU İMİŞ

SAVASHMEDİA.az xəbər verir  ki,gununsesi.info-nun xəbərinə görə, mərhum Novxanı kənd məzarlığında dəfn edilib.

Dəfn mərasimində daxili işlər naziri Vilayət Eyvazov, Təhlükəsizlik Şurası katibinin müavini Mədət Quliyev və bir sıra yüksək vəzifəli şəxslər qatılıb.

Ramil Usubovun özü isə Almaniyada müalicədə olduğundan mərasimə qatıla bilməyib.

Məlumata görə, Kamran Xankişiyevin 3-7 mərasimi 8 oktyabr tarixində Təzəpir məscidində təşkil olunacaq.