"Erməni qardaşların xətrinə hansı sözüm dəyib?" - Həmin verilişin aparıcısı

Xəbər veriyimiz kimi, Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb.

Jan 15, 2025 - 19:41
"Erməni qardaşların xətrinə hansı sözüm dəyib?" - Həmin verilişin aparıcısı

Buna səbəb isə Rusiyada yayımlanan “Vesti nedeli” proqramı olub. Ermənistan tərəfinin iddiasına görə, proqram zamanı respublikanın ərazi bütövlüyü və suverenliyinə qarşı yönələn fikirlər səsləndirilib.

SAVASHMEDİA.az-ın məlumatına görə, sözügedən proqramının müəllifi, “Russia Today” agentliyinin baş direktoru və teleaparıcı Dmitri Kiselev məsələ ilə bağlı açıqlama verib.

Aparıcı Rusiya səfirinin Ermənistan XİN-ə konkret olaraq onun hansı fikirlərinə görə çağırıldığından xəbərsiz olduğunu deyib:

“Erməni qardaşları hansı sözümün incitdiyini başa düşə bilmirəm. Ona görə də məsələni şərh edə bilmirəm”.

Oğuz