Tanınmış müğənni oğlu ilə birgə ağır qəzaya düşdü - FOTO
Türkiyəli müğənni Bora Gencer və oğlu ağır qəzaya düşüb.
SAVASHMEDİA.az xəbər verir ki, məşhur müğənninin sürdüyü motosiklet avtomobilə çırpılıb.
B. Gencer və oğlu yerə yıxılaraq sürükləniblər.
Sevilən ifaçı xəstəxana otağından şəkil paylaşaraq vəziyyəti ilə bağlı məlumat verib:
“Mosotikletlə qaydalara uyğun hərəkət edirdim. Qarşıdakı avtomobil xəbərdarlıq etmədən sağa döndü və ona çırpıldıq. Yaxşı ki yol boş idi, yoxsa üstümüzdən maşınlar keçəcəkdi. Bir təhər qalxıb oğluma tərəf qaçdım. Özüm ağır yaralansam da, təsəllim odur ki, oğluma heç nə olmadı. O, evdə dincəlir. Məni isə xəstəxanaya gətiriblər”.
Banu
Fotolarda: Bora Gencer