“Mənə deyirlər ki, Kelloqu burada saxlayaq, çünki..." – Zelenski
“Putin ABŞ-dən o qədər qorxur ki, amerikalı rəsmi şəxslər Kiyevə gələndə paytaxtı bombardman etmir”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski “Newsmax”a müsahibəsində deyib.
Ukrayna lideri xatırladıb ki, hazırda Ağ Evin xüsusi elçisi Keyt Kelloq Kiyevdədir.
“İnsanlar artıq bununla bağlı zarafat edirlər. Deyirlər ki, biz general Kelloqa Ukrayna pasportunu verib, onu burada saxlayaq. Amerikalılar isə bizə tez-tez gəlməlidirlər, çünki o zaman Rusiya daha az bombalayacaq”.
Zelenski diqqətə çatdırıb ki, Putinin gücü sivil insanları bombalamağa çatır:
“Bu o deməkdir ki, Putin qəsdən mülki insanları bombalayır. Amma amerikalılar burada olanda o, bunu etmir. Yəni o, qorxudur, şantaj edir, gərginlik yaradır, amma tam eskalasiyaya getmir. Bunun mənası budur: Putin Amerikadan qorxur”, - deyə Zelenski əminliklə vurğulayıb.
Xatirə SADİQ