Ramiz Mehdiyevin gəlinin yerinə TƏYİNAT - FOTO

Azərbaycan Tibb Universitetinin Onkologiya Klinikasında yeni kadr təyinatı olub.

Nov 17, 2025 - 19:37
Ramiz Mehdiyevin gəlinin yerinə TƏYİNAT - FOTO

SAVASHMEDİA.az manset.az-a istinadən xəbər verir ki, klinikanın müalicə işləri üzrə direktor müavini vəzifəsinə tibb üzrə fəlsəfə doktoru Tamara Sayad qızı Quliyeva təyin edilib.

O, bu təyinata qədər Onkologiya Klinikasının Poliklinika və diaqnostika şöbəsinin müdiri vəzifəsində çalışıb.

Qeyd edək ki, bundan əvvəl həmin vəzifəni Ramiz Mehdiyevin gəlini Nigar Mehdiyeva tuturdu. O, qayınatası dövlətə xəyanət və digər cinayətlərdə ittiham olunduqdan sonra vəzifəsindən azad olunub.

Fotoda Tamara Quliyeva