Köçkünlərlə qalmaqal yaşayan Səidə Bəkirqızı Space TV-yə qayıtdı - Bu da VİDEOSU 

Space TV-dən ayrıldığı iddia olunan aparıcı Səidə Bəkirqızı yenidən efirə qayıdıb.

Sep 22, 2025 - 11:53
Köçkünlərlə qalmaqal yaşayan Səidə Bəkirqızı Space TV-yə qayıtdı - Bu da VİDEOSU 

SAVASHMEDİA.az xəbər verir ki, bir neçə gün proqramlarda görünməyən jurnalist bu gün tamaşaçıların qarşısına çıxaraq "Xəbərin izində" verilişini təqdim edib.

Beləliklə, Səidə Bəkirqızı yenidən Space TV-də aparıcı kimi fəaliyyətini davam etdirir.

Xatırladaq ki, Səidə Bəkiqızının məcburi köçkünlərlə bağlı fikirləri qalmaqal yaratmış və jurnalist çalışdığı Space TV-dən və mediadan getdiyini açıqlamışdı.

Aytən